Avrokubokda hər 2 oyunumuzun vaxtı dəqiqləşdi
18.11.2013 - 18:21
Qadın voleybolçular arasında CEV kubokunda mübarizə aparan Bakı klublarının cavab oyunlarının keçirilmə günü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Lokomotiv” 1/8 final mərhələsinin cavab görüşünə dekabrın 11-də çıxacaq.
“Dəmiryolçular” Kfar Sabada “Hapoel” (İsrail) önünə Bakı vaxtı ilə saat 21:00-da çıxacaq. “Azərreyl” isə Çexiyanın “Olomouts” komandası ilə 1 gün sonra, saat 20:00-da qarşılaşacaq.
Qeyd edək ki, “Azərreyl” dekabrın 4-də, “Lokomotiv” isə ertəsi gün ilk oyunlarını keçirəcəklər.

0
0