Azərbaycan çempionatında təxirəsalmalar başladı - TƏQVİM
19.11.2013 - 12:20
Azərbaycan çempionatında təxirəsalmalar başladı - TƏQVİM
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 3-5-ci turlarının oyunlarının keçirilmə günü və başlama saatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, həmişə bir günə baş tutan tur bu dəfə fərqli tarixlərdə baş tutacaq.

Həmçinin, həmin 3 turun hərəsində 1 qarşılaşma da təxirə salınıb və başlama günü haqda dəqiq məlumat yoxdur.

I DÖVRƏ

25 noyabr
III tur

16:00. “Azəryol” – “Telekom”

30 noyabr
18:00. “Lokomotiv” – “Azərreyl”

7 dekabr
IV tur

17:00. “Telekom” – “Azərreyl”

8 dekabr
17:00. “Rabitə” – “Lokomotiv”

14 dekabr
V tur

17:00. “İqtisadçı” – “Telekom”

15 dekabr
17:00. “Lokomotiv” – “Azəryol”

Qeyd edək ki, noyabrın 23-də olacaq II turda “Telekom” “Lokomotiv”lə, “Azərreyl” “İqtisadçı” ilə, “Rabitə” isə “Azəryol”la üz-üzə gələcək.