Serbiya Azərbaycana Azərbaycan çempionu ilə gəlir
20.11.2013 - 18:15
Qadın voleybolçular arasında dünya çempionatının III seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Serbiya millisi heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç Bakıda keçiriləcək J qrupunun oyunları üçün ilkin olaraq 22 oyunçuya dəvət göndərib.
Onlar arasında “Rabitə” ilə Azərbaycan çempionu olan Nataşa Krsmanoviç və “Lokomotiv”də forma geyinən Suzana Sebiç də var. “Omiçka”nı da çalışdıran Terziçin yekun heyəti isə dekabrın sonunda müəyyənləşdirəcəyi gözlənilir.
Serbiyanın ilkin heyəti: Maya Oqnyenoviç, Boyana Jivkoviç, Danisa Radenkoviç, Sladana Mirkoviç, Yovana Brakoçeviç, Ana Byeliça, Tiyana Boşkoviç, Nataşa Çikiriz, Nataşa Krsmanoviç, Stefana Veljkoviç, Milena Raşiç, Nada Ninkoviç, Yovana Stevanoviç, Maya Saviç, Brankitsa Mihayloviç, Yelena Nikoliç, Brizitka Molnar, Sanya Malaqurski, Tiyana Maleşeviç, Byanka Buşa, Suzana Sebiç, Nina Rosiç
Qeyd edək ki, gələn il yanvarın 3-5-də paytaxtımızda keçiriləcək J qrupunda Azərbaycan və Serbiya ilə yanaşı, Estoniya və İsrail də mübarizə aparacaq.

0
0