Yığmamızın oyunu üçün 4 ölkədən gəlirlər
21.11.2013 - 11:11
Qadın voleybolçular arasından Bakıda keçiriləcək dünya çempionatının J qrupunun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) 2014-cü il yanvarın 3-5-də paytaxtımıza göndərəcəyi ədalət təmsilçilərini müəyyənləşdirib.
Belə ki, Azərbaycan, Serbiya, İsrail və Estoniyanın yer aldığı qrupun qarşılaşmalarını Bayram Dikməntəpə (Türkiyə), Mixaylo Melnik (Ukrayna), Aleksey Paşkeviç (Rusiya) və Aleksandr Pyaseçki (Belarus) idarə edəcəklər. Paytaxtımıza, həmçinin CEV nümayəndəsi kimi Sinəm Mavili (Türkiyə) və hakim-inspektor Stefan Hank (Slovakiya) da gələcək.

0
0