Valeriya Korotenko: Kamran Ağayev kimdir ki?
21.11.2013 - 18:06
Valeriya Korotenko: Kamran Ağayev kimdir ki?
“Yanvaradək analıq məzuniyyətinə çıxacağım haqda yayılan xəbərlər doğru deyil. Ancaq belə bir şey ola bilər”. Bunu apasport.az saytına açıqlamasında voleybol üzrə milli komandamızın və “Azəryol”un oyunçusu Valeriya Korotenko deyib.

Bu gün “Acıbadem”in Bakı ofisinin açılış mərasimində iştirak edən voleybolçulardan biri də Korotenko olub. Voleybolçu futbolla bağlı verdiyimiz suala belə cavab verib: “Sonuncu dəfə milli komandamızın Rusiya ilə görüşünə baxmışam. Ancaq futbolçularımızı, eləcə də mərasimdə iştirak edən Rail Məlikovla Kamran Ağayevi tanımırdım. Bilirəm ki, bu, biabırçı haldır”.

Korotenko hansı yığmaya azarkeşlik etdiyini də açıqlayıb: “Mən Portuqaliya yığmasına azarkeşlik edirəm. Kumirim də Kriştianu Ronaldodur. Təbii ki, onların İsveç üzərində qələbə qazanıb, dünya çempionatına çıxmasını böyük sevinclə qarşıladım”.