Yığmamızın hücumçusundan əzmkarlıq və məhsuldarlıq
23.11.2013 - 15:33
Qadın voleybolçular arasında Rusiya Superliqasının VIII turuna start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun gününün yeganə qarşılaşmasında Çempionlar Liqasındakı rəqiblərimiz – “Dinamo” (Moskva) – “Omiçka” üz-üzə gəliblər.
Görüş yığmamızın hücümçüsü Natalya Məmmədovanın da forma geyindiyi Omsk təmsilçisinin çətin qələbəsi ilə başa çatıb. “Rabitə”nin rəqibi olan “Omiçka” 0:2 hesablı gerilikdən sonra, toparlanaraq 2 xal qazana bilib – 3:2 (24:26, 19:25, 25:21, 29:27, 15:8). Məmmədova isə matçda 28 dəqiq zərbə ilə bombardier adına yiyələnib.
Bu matçdan sonra “Omiçka” yenə ikinci (14 xal), “Dinamo” üçüncü (13) yerdədir.
Qeyd edək ki, “Dinamo” “İqtisadçı”nın rəqibidir.

0
0