“Telekom”un qəhrəmanı - FOTO
23.11.2013 - 18:31
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II turu çərçivəsində keçirilən “Telekom” – “Lokomotiv” görüşünün statistikası məlum olub. Apasport.az saytının məlumatına görə, Vasif Talıbovun yetirmələrinin 3:2 hesabı ilə qalib gəldikləri görüşün bombardiri Monique Mead olub.
“Telekom”un 22 yaşlı amerikalı voleybolçusu “dəmiryolçular”dan nə az, nə çox – 23 xal almağı bacarıb. Komandanın digər oyunçularına gəlincə, Liza Ruban 22, Boqdana Anisova 16, Yelena Xarçenko 15, Valker 5 və Yana Doroşenko 2 xal toplayıb.
“Lokomotiv”in heyətində isə Katarina Barun daha məhsuldar olub. Xorvatiyalı legionerin 17 zərbəsi dəqiq alınıb. Kladio Kuellonun digər yetirmələrindən Lauren Gibbemeyerlə Aleksis Krimes hərəyə 14, Prisilla Rivera 13, Valdone Petrauskayte 9 və Anna Qrbaç 2 xala sevinib.

0
0