“Azəryol” 3-cü yerə yüksəldi - YENİLƏNİB
25.11.2013 - 17:40
“Azəryol”  3-cü yerə yüksəldi - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Azəryol” “Telekom”u sınağa çəkib.

Voleybol Mərkəzində keçiriləcək qarşılaşmada Ancelo Vercesinin yetirmələri 3:1 hesabı ilə qalib gələrək, 3-cü yerə yüksəliblər.

Görüşə gəlincə, matç qarşılıqlı hücumlarla başlayıb. İlk texniki fasilədə “Azəryol” 2 top önə keçsə də, “Telekom” yenidən tarazlığı bərpa edib – 9:9. Lakin bunun ardınca təcrübə Ancelo Vercesinin yetirmələrinin köməyinə gəlib. İkinci texniki fasilədə top fərqini 4-ə çatdıran “Azəryol” yekunda ilk hissəni xeyrinə bitirib – 25:19.

İkinci set tam fərqli ssenari ilə başlayıb. Bu dəfə “Telekom” rəqibinə nə top qəbul etməyə, nə də hücum qurmağa imkan verib. Artıq onlar 5:0 hesabı ilə öndə olarkən Vercesi taym-aut götürmək məcburiyyətində qalıb. Lakin braziliyalı mütəxəssisin tapşırıqlarından sonra yetirmələri ilk texniki fasilədə fərqi 3-ə endirsələr də, ardınca “Telekom” xalları sıralamağa başlayıb. Bunun da nəticəsi olaraq, “Azəryol” yekunda cəmi 10 xal toplayıb – 10:25.

Üçüncü hissənin əvvəli də “Telekom”un üstünlüyü ilə keçib. Lakin ilk texniki fasilə ərəfəsində ardıcıl xallar qazanan “Azəryol” (8:5) 3 xallıq fərqi ikinci “istirahət”ə kimi də qoruyub. Yekunda isə onlar hissəni 7 top irəlidə bitirərək, yenidən hesabda önə keçiblər – 2:1.

Dördüncü set isə sonuncu olub. Yekunda “Telekom”un təcrübəsizliyi rəqibin mövsümdə ilk 3 xalı qazanması ilə nəticələnib.

Beləliklə, "Azəryol" "İqtisadçı" ilə xallarının sayını bərabərləşdirsə də, set fərqində rəqibindən geri qalır.

25 noyabr
III tur

“Azəryol” – “Telekom” - 3:1 (25:19; 10:25; 25:18; 25:22)

Rabitə
2
2
0
6-1
178-149
6
İqtisadçı
2
2
0
6-2
186-164
5
Azəryol
3
2
1
7-6
286-295
5
Telekom
3
1
2
4-8
247-258
2
Azərreyl
2
0
2
4-6
216-220
2
Lokomotiv
2
0
2
2-6
154-181
1


Qeyd edək ki, “Rabitə” – “İqtisadçı” matçının təxirə salındığı turun digər qarşılaşması noyabrın 30-da olacaq. Həmin gün “Lokomotiv” – “Azərreyl” oyunu baş tutacaq.