Rəqibimiz Superkubok qazandı
25.11.2013 - 10:13
Rəqibimiz Superkubok qazandı
Qadın voleybolçular arasında İtaliya Superkubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yeni titulun sahibi “Pyaçentsa” olub.

A seriyasının son qalibi “Konegliano”ya qalib gəlib – 3:0 (25:22, 25:10, 25:10). Bu titular onlar ilk dəfə yiyələniblər.

Qeyd edək ki, “Pyaçentsa” Çempionlar Liqasında “İqtisadçı”nın, “Konegliano” isə “Azəryol”un rəqibidir.