Bakunoviç Bakıya gəlir
25.11.2013 - 10:53
Bakunoviç Bakıya gəlir
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası tur çərçivəsində noyabrın 27-də Bakıda keçiriləcək “İqtisadçı” - “Pyaçentsa” (İtaliya) matçında ədaləti qorumağı Yuri Bakunoviçə (Belarus) həvalə edib. Görüşdə ikinci hakim funksiyasını Pavel Burkiyeviç (Polşa) yerinə yetirəcək.

Həmin gün Almaniyada olacaq “Dresdner” – “Rabitə” qarşılaşmasında Karin Zaharçova (Çexiya) və Alin Mateyzer (Rumıniya) referilik edəcək.

Noyabrın 28-də baş tutacaq “Konegliano” (İtaliya) – Azəryol” oyununda isə fit sahibləri Heyke Kraftla (Almaniya) Marçin Herbik (Polşa) olacaqlar.