Azərbaycanlı hakim “Kann”ın oyununa təyinat aldı
25.11.2013 - 12:30
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfiqarova növbəti təyinat verib. Apasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli referimiz Çempionlar Liqasının III turu çərçivəsində baş tutacaq “Əczaçıbaşı” (Türkiyə) – “Kann” (Fransa) qarşılaşmasında əsas fit sahibi olacaq.
Noyabrın 28-də İstanbulda oynanılacaq görüşdə həmyerlimizə Daniel Rapisarda (İtaliya) köməklik edəcək.
Noyabrın 28-də İstanbulda oynanılacaq görüşdə həmyerlimizə Daniel Rapisarda (İtaliya) köməklik edəcək.
0
0