Miloş Adamoviç: “Qarabağ”ı yaxşı təhlil etmişdik
25.11.2013 - 12:39
“Çətin oyun oldu. “Qarabağ” hücum futbolu oynayırdı. Üstəlik, doğma azarkeşləri önündə çıxış edirdi. Ancaq bizim də bir neçə dəfə qol vurmaq şansımız oldu”. Bunu apasport.az saytına “Rəvan”ın mərkəz yarımmüdafiəçisi Miloş Adamoviç deyib.
25 yaşlı müdafiəyəmeylli futbolçu “Qarabağ”la XIV turun qolsuz başa çatan oyunu haqqında fikirlərini bildirib.
Serbiyalı legioner Ağdam klubunun əvvəlki matçlarını yaxşı təhlil etdiklərini söyləyib: “Yaxşı futbolçuları olduğuna görə, onları bağlamaq lazım idi. Çumbinyo, Reynaldo təhlükəli futbolçulardır. Bilirdik ki, Rəşad Sadıqov çox təcrübəli futbolçudur. Həmişə hücumlar ondan başlanır. Bu komandanı yaxşı təhlil etmişdik. Son 15 dəqiqədə “Qarabağ”ın təzyiqi ilə üzləşdik. Ancaq düşünürəm ki, rəqibi yaxşı öyrəndiyimizə görə də məğlub olmadıq”.
Qeyd edək ki, “Şerif”in və “Poloniya”nın sabiq futbolçusu olan Miloş Adamoviç “Qarabağ”a qarşı 90 dəqiqə mübarizə aparıb.

0
0