“Bakı”nın sabiq çalışdırıcısı Azərbaycan klubundan danışdı
26.11.2013 - 09:32
“Bakı”nın sabiq çalışdırıcısı Azərbaycan klubundan danışdı
“Bakı təmsilçisi ilə oyun bizim üçün çox gərgin keçəcək”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Konegliano” klubunun baş məşqçisi Marko Qaspari deyib.

Gənc mütəxəssis Çempionlar Liqasının III turu çərçivəsində “Azəryol”la oyun öncəsi fikirlərini açıqlayıb. 2011/2012 mövsümündə “Bakı”da Ancelo Vercesinin köməkçisi olmuş Qaspari mərhələ adlamaq üçün yalnız qələbə haqda düşündüklərini deyib: “Daha bir qələbə qazansaq, pley-off yolunda növbəti addımı atacağıq. “Azəryol” çox güclü heyətə malikdir. Ümumilikdə biz çox çətin qrupa düşmüşük. Bu üzdən qarşıdakı matç bizim üçün vacibdir. “Azəryol”la oyunda əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Konegliano” – “Azəryol” matçı noyabrın 28-də olacaq.
tahirvaqif is online.