“Rabitə”ni heç olmasa 1 setdə məğlub etmək istəyirik”
26.11.2013 - 12:33
“Rabitə”ni heç olmasa 1 setdə məğlub etmək istəyirik”
“Əlbəttə ki, “Rabitə” Rusiya təmsilçisi “Omiçka” ilə birlikdə qrupumuzun əsas favoritidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Dresdner” klubunun baş məşqçisi Aleksandr Vaibi deyib.

Qadın voleybolçular arasında Çempionlar Liqasında Bakının “Rabitə” klubu ilə qarşılaşacaq Bundesliqa təmsilçisinin çalışdırıcısı qarşılaşma ərəfəsində matçla bağlı fikirlərini açıqlayıb: “Rabitə”nin heyətində çox güclü və məşhur 3 hücumçu var. Biz də onlarla qarşılaşmada mümkün qədər yaxşı oynamağa çalışacağıq. Mümkün qədər çox xal toplamaq üçün əlimizdən gələni edəcəyik. Bakı klubunu heç olmasa 1 setdə məğlub etmək istəyirik. 2:3 hesabı ilə uduzub 1 xal qazanmağımız lap yaxşı olar”.

Qeyd edək ki, “Dresdner” – “Rabitə” qarşılaşması noyabrın 27-də keçiriləcək.