Azərbaycan yığması kubalı məşqçinin “siftəsi”ni korladı - FOTO
26.11.2013 - 14:06
Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) təşkilatçılığı ilə keçirilən növbəti yarış başa çatıb. Apasport.az saytının məlumatına görə, Latviyanın Kuldiqa şəhərində baş tutan 1995-1996-cı il təvəllüdlü oğlanlardan ibarət turnirdə Azərbaycan millisi də gücünü yoxlayıb.
Yeni formalaşan komandamız U-19-ların çempionatda fiasko ilə üzləşib. Belə ki, turnirə əsas yığmamızın yeni baş məşqçisi Tabares Leonardo Sillienin rəhbərliyi altında yollanan voleybolçularımız nəinki qələbə, 1 setə belə həsrət qalıblar. Bunun da məntiqi nəticəsi kubalının “siftəsi” uğursuz alınıb və təmsilçimiz 5 komanda arasında 5-ci olub. Yarışın qalibi adını isə Rusiyaya qazanıb.
Azərbaycan - Ukrayna – 0:3 (13:25, 18:25, 13:25)
Azərbaycan - Latviya – 0:3 (22:25, 9:25, 14:25)
Azərbaycan - Rusiya – 0:3 (12:25, 13:25, 11:25)
Estoniya – Azərbaycan – 3:0 (25:17, 25:7, 25:14)
Qeyd edək ki, çempionat Belarus millisinin iştirakı nəzərdə tutulsa da, onlar qeyri-müəyyən səbəbdən Latviyaya gəlməyiblər.

0
0