Çətin, asan və vacib
26.11.2013 - 15:35
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə istirahət edəcək Bakı klubları mübarizəyə sabahdan qoşulacaq.
Öncə meydana B qrupunda yer alan “İqtisadçı” komandası çıxacaq. “Tələbələr” paytaxtda “Pyaçentsa”nı qəbul edəcəklər. Görüşün hər 2 klub üçün çətin alınacağını proqnozlaşdırmaq olar. Çünki İtaliya çempionu “Dinamo”ya məğlubiyyətin əvəzini Bakıda unutdurmaq arzusundadır. Lakin Çempionlar Liqasında debüt edən “İqtisadçı”nı qələbə qazanması da çətin olmamalıdır. Çox güman ki, qalib tay-brekdə müəyyənləşəcək.
Bu matçın ardınca “Rabitə” Almaniyada “Dresdner” qarşısında imtahan verəcək. Bakı təmsilçisinin asan qələbə qazanacağı inandırıcıdır. Çünki onlar əvvəllər də bu rəqibə set belə güzəştə getməyiblər. Həmçinin, komandanın yeni baş məşqçisi Eldar Yusubov Super Liqada olduğu kimi Çempionlar Liqasında da “siftə”sini 3 xalla qeyd etmək arzusunda olduğunu açıqlayıb.
“Azəryol”u isə həmşəhərliləri ilə müqayisədə daha çətin sınaq gözləyir. Komandamız I dövrənin son qarşılaşmasında qrup lideri “Konegliano”nun qonağı olacaq. Görüşdə qələbə Ancelo Vercesinin yetirmələri üçün çox vacibdir. “Azəryol” xal qazanmayacağı halda işini çətinə salmış olacaq. Bu səbəbdən təmsilçimizdən ilk dəqiqələrdən hücuma atılıb, lazımı xalı qazanacağını gözləməyə dəyər.
Çempionlar Liqası
III tur
A qrupu
27 noyabr
22:00. “Dresdner” (Almaniya) – “Rabitə” (Azərbaycan)
Hakimlər: Karin Zaharçova (Çexiya) və Alin Mateyzer (Rumıniya)
Drezden, Marqon Arena
B qrupu
18:00. “İqtisadçı” (Azərbaycan) - “Pyaçentsa” (İtaliya)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Pavel Burkiyeviç (Polşa)
Bakı, Voleybol Mərkəzi
28 noyabr
E qrupu
23:30. “Konegliano” (İtaliya) – “Azəryol” (Azərbaycan)
Hakimlər: Heyke Kraft (Almaniya), Marçin Herbik (Polşa)
Trevizo, Pallaverdi Villorba

Rabitə | 2 | 2 | 0 | 6-2 | 183-157 | 5 |
Omiçka | 2 | 1 | 1 | 5-3 | 173-162 | 4 |
Dresdner | 2 | 1 | 1 | 3-4 | 151-161 | 3 |
Beziers | 2 | 0 | 2 | 1-6 | 145-172 | 0 |
B qrupu
18:00. “İqtisadçı” (Azərbaycan) - “Pyaçentsa” (İtaliya)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Pavel Burkiyeviç (Polşa)
Bakı, Voleybol Mərkəzi
İqtisadçı | 2 | 2 | 0 | 6-2 | 182-161 | 5 |
Dinamo (Moskva) | 2 | 1 | 1 | 5-4 | 207-197 | 4 |
Pyaçentsa | 2 | 1 | 1 | 4-3 | 165-147 | 3 |
Srvena Zvezda | 2 | 0 | 2 | 0-6 | 101-150 | 0 |
28 noyabr
E qrupu
23:30. “Konegliano” (İtaliya) – “Azəryol” (Azərbaycan)
Hakimlər: Heyke Kraft (Almaniya), Marçin Herbik (Polşa)
Trevizo, Pallaverdi Villorba
Konegliano | 2 | 2 | 0 | 6-3 | 205-189 | 5 |
Qalatasaray | 2 | 1 | 1 | 5-4 | 214-203 | 4 |
Azəryol | 2 | 1 | 1 | 4-5 | 201-201 | 2 |
Yamamay | 2 | 0 | 2 | 3-6 | 176-203 | 1 |
0
0