Qrupumuzda yeni lider
27.11.2013 - 10:00
Qrupumuzda yeni lider
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “İqtisadçı”nın rəqibləri “Srvena Zvezda” (Serbiya) və “Dinamo” (Moskva, Rusiya) bir-birini sınağa çəkiblər.

Qarşılaşma şimal qonşularımızın qələbəsi ilə başa çatıb. Moskvalılar ilk seti uduzsalar da, ardınca 3:1 (24:26, 25:20, 25:16, 25:18) hesabı ilə qalib gəlib.

Onlar bununla müvəqqəti də olsa, qrupda liderliyə yüksəliblər.

Dinamo (Moskva)
3
2
1
8-5
306-277
7
İqtisadçı
2
2
0
6-2
182-161
5
Pyaçentsa
2
1
1
4-3
165-147
3
Srvena Zvezda
3
0
3
1-9
181-249
0

Qeyd edək ki, “İqtisadçı” III turun görüşünə bu gün çıxacaq. Komandamız İtaliyanın “Pyaçentsa” klubunu qəbul edəcək.