“Azərreyl” qovdu, Polşada iş tapdı
27.11.2013 - 10:12
“Azərreyl” qovdu, Polşada iş tapdı
“Azərreyl”in məşqçisi Nikola Neqro özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisindən qovulan 36 yaşlı mütəxəssis karyerasını Polşada davam etdirəcək.

İtaliyalı çalışdırıcı “Tauron”un baş məşqçisi təyin olunub. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Neqro “Azərreyl”də Alessandro Çiappinin köməkçisi işləyib.