“İqtisadçı” İtaliya çempionu ilə bacarmadı - YENİLƏNİB
27.11.2013 - 19:53
“İqtisadçı” İtaliya çempionu ilə bacarmadı - YENİLƏNİB
Bu gün “İqtisadçı” Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi ilk dövrənin sonuncu turunda İtaliyanın “Pyaçentsa” klubunu qəbul edib.

Görüş komandamız üçün uğurlu alınmayıb. İtaliya çempionu 3:1 hesabı ilə qalib gələrək, “İqtisadçı”nın turnirdə ilk məğlıubiyyətini rəsmiləşdirib.

Belə ki, ilk dəqiqələrdən hücuma atılan “Pyaçentsa” birinci texniki fasiləyə 1 top öndə çıxsa da, ikinci fasilədə fərqi 4 topa çatdırıb. Ardınca da üstün oyun nümayiş etdirən rəqib yekunda 25:16 hesabı ilə qalib gəlib.

İkinci setdə də qonaqlar güclü tərəf olub. Onlar bu dəfə də daha az səhvə yol verərək, ikinci texniki fasiləyə 7 top öndə yollanıblar. Bundan sonra “İqtisadçı” fərqi 5 topa endirsə də, “Pyaçentsa” sonda yenə 7 xal fərqi ilə qalib gəlib.

Üçüncü hissəyə “İqtisadçı” üstün başlayıb. Setin gedişində liberomuz Vanna Buakeva zədələnərək, meydanı tərk edib. Buna baxmayaraq, Lenka Dürrün oyuna girişi “tələbələr”in qalib gəlməsinə mane olmayıb. Düzdür, ikinci texniki fasiləyə komandamız 2 top irəlidə çıxdıqdan sonra apenninlilər hesabda tarazlıq yaradıblar. Amma Bülənt Karslıoğlunun yetirmələri “quru hesablı” məğlubiyyətlə barışmayaraq, ardıcıl 5 xal qazanıblar. Sonra da daha yaxşı oynayan “İqtisadçı” “Pyaçentsa”nı 25:21 hesabı ilə məğlub edərək, hissələr arasındakı fərqi azaldıb.

Lakin onların bundan artığına gücləri çatmayıb. Komandamız 4-cü hissədə 20:25 hesabı ilə uduzaraq, görüşü tay-brekə daşıya bilməyib. Bununla da bu tura kimi turnir cədvəlinə başçılıq edən “İqtisadçı” 3-cü matçında ilk məğlubiyyətindən sonra 3-cü yerə enib.

Çempionlar Liqası
III tur
B qrupu
27 noyabr

“İqtisadçı” (Azərbaycan) - “Pyaçentsa” (İtaliya) - 1:3 (16:25; 18:25; 25:21, 20:25)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Pavel Burkiyeviç (Polşa)
Bakı, Voleybol Mərkəzi

Dinamo (Moskva)
3
2
1
8-5
306-277
7
Pyaçentsa
3
2
1
7-4
261-226
6
İqtisadçı
3
2
1
7-5
261-257
5
Srvena Zvezda
3
0
3
1-9
181-249
0