Məmmədovanın komandasında asan qələbə
27.11.2013 - 11:05
Məmmədovanın komandasında asan qələbə
Çempionlar Liqasında “Rabitə”nın yer aldığı A qrupunda 1 oyun baş tutub. Apasport.az saytının məlumatına görə, ilk dövrənin sonuncu turunda “Omiçka” (Rusiya) – “Beziers”in (Fransa) qonağı olub.

Heyətində Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın da yer aldığı Omsk təmsilçisi qələbə qazanmaqda çətinlik çəkməyib – 3:0 (25:16, 25:22, 26:24). Nəticədə “Rabitə”dən 1 oyun çox keçirən “Omiçka” müvəqqəti də olsa liderliyi yüksəlib. Məmmədova isə qarşılaşmada 10 xal toplayıb.

Omiçka
3
2
1
8-3
249-224
7
Rabitə
2
2
0
6-2
183-157
5
Dresdner
2
1
1
3-4
151-161
3
Beziers
3
0
3
1-9
207-248
0


Qeyd edək ki, “Rabitə” 3-cü turun oyuna bu gün çıxacaq. Voleybolçularımız “Dresdner”in qonağı olacaq.