“Rabitə” “alman maşını”nı da durdurdu - YENİLƏNİB
27.11.2013 - 23:25
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan çempionu “Rabitə” “Dresdner”lə qarşılaşıb.
Almaniyada baş tutan matçda komandamız 3-cü qələbəsini qazanıb. Əvvəlki illərdə baş tutan 3 görüşdə də bu rəqibə qalib gəlməkdə çətinlik çəkməyən Bakı təmsilçisi bu dəfə də rəqibi asanlıqla məğlub edib - 3:0.
Belə ki, ilk set xalaxal prinsipi ilə start götürsə də, "Rabitə" tezliklə təşəbbüsü ələ alıb. Baş məşqçi Eldar Yusubovun tapşırıqlarını lazımınca yerinə yetirən təmsilçimiz 25:19 hesabı ilə qələbə qazanıb.
İkinci hissə də komandamızın üstünlüyü ilə keçib. "Dresdner" hissənin sonunda hesabı bərabərləşdirsə də (23:23), voleybolçularımız hücumlarını uğurla tamamlayıb - 25:23.
Üçüncü setdə isə almanlar matçda dönüş yaratmaq istəsələr də, buna nail olmayıblar. Əksinə, "Rabitə" rəqibinə daha çətin anlar yaşadıb. Bu dəfə 25:20 hesabı ilə qalib gələn Azərbaycan çempionu matçın nəticəsini müəyyənləşdirib - 3:0.
Beləliklə, komandanın yeni baş məşqçisi Eldar Yusubov Super Liqada olduğu kimi Çempionlar Liqasında da “siftə”sini 3 xalla qeyd edib. Bu qələbə sayəsində "Rabitə" qrup liderliyini də qoruyub.
Çempionlar Liqası
III tur
A qrupu
27 noyabr
“Dresdner” (Almaniya) – “Rabitə” (Azərbaycan) - 0:3 (19:25, 23:25, 20:25)
Hakimlər: Karin Zaharçova (Çexiya), Alin Mateyzer (Rumıniya)
Drezden, Marqon Arena

Rabitə | 3 | 3 | 0 | 9-2 | 258-219 | 8 |
Omiçka | 3 | 2 | 1 | 8-3 | 249-229 | 7 |
Dresdner | 3 | 1 | 2 | 3-7 | 213-236 | 3 |
Beziers | 3 | 0 | 3 | 1-9 | 207-248 | 0 |
0
0