Azərbaycana qayıdıb, xoşbəxt olan polşalı - FOTO
27.11.2013 - 12:17
Azərbaycana qayıdıb, xoşbəxt olan polşalı - FOTO
“Ötən mövsüm başa çatdıqdan sonra özümə klub tapa bilmədim. Bu üzdən bir müddət “Bank Legionovia” komandası ilə birgə məşq keçdim. Orada vaxtım pis keçmədi”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in yeni transferi Milena Radeçka deyib.

29 yaşlı polşalı toppaylayıcı ötən mövsüm “Azərreyl”in şərəfini qoruduqdan sonra vətəninə yollanmışdı. Onun adı bir neçə yerli klubla hallansa da, sonda yenidən Bakıya qayıtmağa qərar verdi. Super Liqanın gümüş mükafatçısı artıq “Lokomotiv”lə müqavilə imzalayıb və bu komandada yer alacağı üçün sevinclidir: “Bakıdan aldığım təklifi müsbət dəyərləndirdiyim üçün artıq sabah Azərbaycana yollanacağam. Yeni klub – bu mənim üçün yeni çağırışdır. “Lokomotiv”in üzvü olduğum üçün özümü xoşbəxt sayıram”.