“Bizi çox ağır oyun gözləyir”
27.11.2013 - 15:35
“Bizi çox ağır oyun gözləyir”
“İqtisadçı”nın kapitanı Vilavan Apinyaponq Çempionlar Liqasının III turundakı oyunu ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, tailandlı legioner bu gün qarşılaşacaqları “Pyaçentsa” ilə matçın çətin alınacağını bildirib.

Apinyaponqun sözlərinə görə, A seriyasının qalibi ilə oyunda onları yalnız qələbə qane edəcək: “Bizi çox ağır oyun gözləyir. Buna baxmayaraq, mümkün olan hər şeyi edəcəyik ki, əla voleybol göstərək. Qələbə üçün mübarizə aparacağıq”.