Bakıya gəlmədi, klubumuza qənim kəsildi - FOTO
27.11.2013 - 20:10
Bakıya gəlmədi, klubumuza qənim kəsildi - FOTO
Çempionlar Liqasının III turu çərçivəsində keçirilən “İqtisadçı” (Azərbaycan) - “Pyaçentsa” (İtaliya) matçında ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 1:3 hesabı ilə uduzduğu qarşılaşmanın bombardiri adına Lusia Bosetti yiyələnib. Mövsümün əvvəlində “Azəryol”a gəlişi gündəmdə olan italiyalı 16 dəqiq zərbə vurub.

“İqtisadçı”nın isə yenə ən məhsuldar oyunçusu Onuma Sittirak olub. Tailandlı legionerimiz Bosettidən 1 xal az toplayıb. Digər voleybolçularımızdan - Pleumjit Zinkaov 8, Kim Vilouqbi 7, Vilavan Apinyaponqla Ma Yun Ve hərəyə 6, Manon Flier 4, Kiuyue Vey 2 və Valentina Serena 1 dəfə fərqlənib.