Azərbaycan çempionuna “24” qazandırdı - FOTO
28.11.2013 - 10:13
Azərbaycan çempionuna “24” qazandırdı - FOTO
Çempionlar Liqasının III turu çərçivəsində keçirilən “Dresdner” (Almaniya) - “Rabitə” (Azərbaycan) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri Katarjina Skovronska olub.

Polşalı legionerimiz komandasına 24 xal qazandırıb. Eldar Yusubovun digər yetirmələrindən Sanya Staroviç 10, Nataşa Krsmanoviçlə Aurea Kruz hərəyə 6, Kersti Cekson 5, Katarjina Skorupa 3 və Nutsara Tomkom 1 xal toplayıb.

Rəqibin heyətində isə RebekkaPerri fərqlənib. Onun 17 zərbəsinin qarşısıalınmaz olub.