Bülənt Karslıoğlu: Oyuna istədiyimiz kimi hazırlaşa bilməmişdik
28.11.2013 - 10:17
“Pyaçentsa” ilə qarşılaşmada bəzi çətinliklərimiz oldu. Bunun səbəbi odur ki, qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət “İqtisadçı” klubunun baş məşqçisi Bülənt Karslıoğlu deyib.
Türkiyəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin III turunun “Pyaçentsa” ilə Bakıdakı oyunu haqda fikirlərini bildirib. Çalışdırıcı təmsilçimizin İtaliya klubuna 1:3 hesablı məğlubiyyətinin səbəbini açıqlayıb: “Yaponiyada keçirilən qitə çempionlarının yarışında Tailand millisinin şərəfini qoruyan voleybolçularımız bir müddət komandamızın hazırlıqlarından kənar qalmışdı. Qarşıdakı cavab oyununda qalib gəlməklə bu məğlubiyyəti unutdurmağa çalışacağıq. Bunun üçün mümkün olan hər şeyi edəcəyik”.
Qeyd edək ki, “Pyaçentsa” – “İqtisadçı” qarşılaşması dekabrın 5-də keçiriləcək.

0
0