“Azəryol” işini çətinə saldı - YENİLƏNİB
29.11.2013 - 01:51
“Azəryol” işini çətinə saldı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə “Azəryol” səfərdə “Konegliano”nun qonağı olub.

Görüşdə qələbə Ancelo Vercesinin yetirmələri üçün çox vacib olsa da, onlar bunu bacarmayıblar. Komandamız 2 dəfə hesabda önə keçib. Amma sonda rəqib qalib gəlib – 3:2.

Bununla da aktivinə 1 xal əlavə edən Bakı təmsilçisi işini çətinə salıb. Çünki komandamız ilk 2 pillədən artıq 4 xal geri qalır.




Çempionlar Liqası
III tur
E qrupu
28 noyabr

“Konegliano” (İtaliya) – “Azəryol” (Azərbaycan) - 3:2 (23:25, 25:19, 22:25, 25:15, 15:10)
Hakimlər: Heyke Kraft (Almaniya), Marçin Herbik (Polşa)
Trevizo, Pallaverdi Villorba

Konegliano
3
3
0
9-5
315-283
7
Qalatasaray
3
2
1
8-4
290-261
7
Azəryol
3
1
2
6-8
295-311
3
Yamamay
3
0
3
3-9
234-279
1