“Azəryol”u bəyənməyən məşqçi: Sürprizə hazır olacağıq
28.11.2013 - 11:46
“Oyuna çox yaxşı başladıq. Biz üçüncü hissənin də gedişində əla oynadıq. Lakin “İqtisadçı” çox cəsarətlə oynadı və bizim bəzi ehtiyatsızlıqlarımızdan yararlandı. 4-cü setdə isə biz daha güclü oynayıb, matçda qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu “Pyaçentsa”nın baş məşqçisi Covanni Kaprara deyib.
İtaliya çempionun çalışdırıcısı “İqtisadçı” ilə oyunu şərh edib. Mövsümün əvvəlində “Azəryol”a gəlişi gündəmdə olan, amma son anda fikrindən daşınan mütəxəssis artıq Bakı klubu ilə cavab matçı barədə fikirləşdiyini deyib: “Umumilikdə qrupda hələ heç nə həll olunmayıb. İndi hədəfimiz dekabrın 5-də keçiriləcək “İqtisadçı” ilə matçda da qələbə qazanmaqdır. Bu heç də asan olmayacaq. Lakin biz rəqibi daha da yaxşı öyrənəcəyik və onların edə biləcəyi sürprizə hazır olacağıq”.
Qeyd edək ki, “Pyaçentsa” “İqtisadçı”ya 3:1 hesabı ilə qalib gəlib.

0
0