Marina Tankatskaya: Məlumatsızlıq hər şeydən pisdi -MÜSAHİBƏ
28.11.2013 - 14:40
Azərbaycan millisinin və ABU-nun həndbolçusu Marina Tankatskayanın apasport.az saytına müsahibəsi
- “Çelenc Cup”ında mübarizəyə başlamağınızdan xeyli vaxt keçsə də, Yunanıstanın “QAS Megas Aleksandros” klubu ilə oyunları barədə fikirləriniz maraqlı olardı...
- Yunanlarla qarşılaşma bizə komandamızın oyunundakı təkcə müsbət keyfiyyətləri deyil, həm də səhvlərimizi və kiçik çatışmazlıqları görmək imkanı verdi. Bunları da aradan qaldırmağımız zəruridir.
- “QAS Megas Aleksandros”la görüşlərdə ümumilikdə 60:39 hesabı ilə qalib gəldiz. Belə asan qələbə qazanacağınızı gözləyirdizmi?
- Biz rəqib haqda heç nə bilmirdik. Məlumatsızlıq isə hər şeydən pisdir. Lakin artıq ilk oyundan sonra aydın oldu ki, səviyyə fərqində “QAS Megas Aleksandros”dan üstünük.
- Növbəti – 1/8 final mərhələsində sizi Serbiyanın “Millenium” klubu gözləyir. Bu komanda haqda hansısa məlumatınız varmı?
- “Millenium” hazırda Serbiya çempionatında 1-ci yerdə qərarlaşıb. Yaxşı, sürətli komandadır. Onların oyununun videoyazısı ilə məşğuluq. Bizi çətin oyunlar gözləyir, həmin matçlara hazırlaşacağıq. Həmişə yalnız qələbəyə ümid etmək lazımdır.
- ABU-nun cari mövsümdə avrokubokdakı hədəfi nədir?
- Şübhəsiz ki, finala kimi irəliləmək.
- Siz 5 illik fasilədən sonra yenidən doğma komandanıza qayıtmısız. Bu müddətdə ABU çox dəyişib?
- Klubun heyəti yenidir. Əvvəlki həndbolçuları gənclər əvəzləyib.
- Bu müddətdə komandada baş məşqçi dəyişikliyi də olub. Rəfiqə Şabanovanı əvvəlki köməkçisi Konstantin Ruvinski əvəzləyib. Çalışdırıcı dəyişikliyi oyun üslubuna nə dərəcədə təsir edib?
- Oyun üslubu bir qədər dəyişib. Komandanın oyun planında üstünlük verdiyi müəyyən çalarlar yaranıb, amma ümumilikdə mənə buna uyğunlaşmaq o qədər çətin olmadı.
- Geri qayıtdıqdan sonra sizi nəsə təəccübləndirdimi?
- Prinsipcə, xüsusi dəyişikliklər hiss etmədim. Əvvəlki komandada olan ənənələr qalmaqdadır. Bu da məni yalnız sevindirə bilər.
- Bəs özünüzün Türkiyə keçirdiyi 5 ili necə dəyərləndirirsiz?
- Müsbət. Bu mənim üçün əla təcrübə oldu. Ən yaddaqalan hadisə isə “Çelenc Cup”ın finalında oynamağımdır.
- Bəs niyə geri qayıtdız?
- Bunun üçün müəyyən səbəblərim vardı...
- “Üsküdar Bələdiyyəsi”ndə başladız. Sonra 3 il çıxış etdiyiniz “Muradpaşa Bələdiyyəsispor”da Türkiyə çempionatının 2 qızıl, 1 bürünc medalını qazanmaqla yanaşı, 2 dəfə də “Çelenc Cup”ın finalında çıxış etdiz. Hətta bu yarışın ən yaxşı bombardiri də olduz. Klub rəhbərliyi heyətdə saxlamaq istəmədi ki? Ümumiyyətlə, başqa təklifləriniz vardımı?
- Sadaladıqlarınızdan başqa, həm “Üsküdar”, həm də “Muradpaşa Bələdiyyəspor”da Türkiyə kubokunu da qazanmışam. Sonuncularla Türkiyə Superkubokunun da qalibi olmuşam. Təbii ki, təklif gəldi, lakin mən öz seçimimi ABU-nun xeyrinə etdim.
- Normal ölkə çempionatı olmayan Azərbaycanda daim oynayıb, inkişaf etmək üçün imkan yoxdur. Sizə gəlmirmı, buraya qayıtmaq geriyə addımdır?
- Xeyr.
- Daxili yarışlarda çıxış etməyən klubda oynamaq nə dərəcədə çətindir?
- Bu oyun təcrübəsi toplamaq imkanının olmaması baxımından çətindir. Həmin amil isə həndbolda çox vacibdir.
- Milli komandamız Avropa çempionatının seçmə mərhələsində oynamayacağından fəaliyyətini müəyyən müddət dondurub. Bunu siz necə qəbul edirsiz?
- Bu xoş deyil. Lakin necə deyərlər, rəhbərliyin qərarları müzakirə olunmur. Ümid edirəm ki, gələn il vəziyyət yaxşı tərəfə dəyişəcək.
- Artıq 30 yaşınız var. Karyeranızı bitirdikdən sonra ilə hər hansı planlar qurmusuzmu?
- Əvvəlcədən nəsə deməyi xoşlamıram. Zaman hər şeyi göstərəcək.

0
0