Dünya idmanında görünməmiş hadisə - FOTO
28.11.2013 - 16:33
Dünya idmanında görünməmiş hadisə - FOTO
Dünya voleybol tarixində görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, kişilər arasında Cənubi Koreya çempionatında 1 setdə 110 xal oynanılıb.

Bu, “Kal Cambos” – “Ruş&Caş” görüşündə baş verib. Ev sahiblərinin 2:0 (25:22, 25:23) hesabı ilə öndə olduğu matçın 3-cü hissəsində qalib 110 xalın yekununda bilinib. “Kal Cambos” rəqibini 56:54 hesabı ilə məğlub edərək, qarşılaşmanı 3 xalla bitirib.