“Pyaçentsa”nın baş direktoru Bakı klubundan danışdı
28.11.2013 - 18:22
“İlk 2 set “Konegliano” ilə qarşılaşmanın davamını xatırladırdı. 3-cü hissədə rəqib tempi bir az artırdığından komandamız pis təsir bağışladı”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət “Pyaçentsa” klubunun baş direktoru Giorgio Varakka deyib.
Klub rəsmisi Çempionlar Liqasının III turu çərçivəsində “İqtisadçı”ya 3:1 hesabı ilə qalib gəldikləri oyundan danışıb. Varakka bildirib ki, Bakıdakı matça ötən həftəsonu qazandıqları Superkubokun təsiri altında meydana çıxıblar: “Belə gərgin keçən setdəki məğlubiyyətdən sonra voleybolçularımız özlərini itirmədilər. Daxilən qələbəyə köklənmişdik. Komandamız uduzmaq qorxusunu yaxın buraxmadı. Amma oyunumuzdan tam razı qalmadım. “İqtisadçı” ilə qarşılaşmadakı konsentrasiyamızı saxlamaqla, oyun təcrübəmizi artırmalıyıq”.
Qeyd edək ki, “Pyaçentsa” Superkubokda “Konegliano”ya 3:0 hesabı ilə qalib gəlmişdi.

0
0