“Azəryol” üçün qarşısıalınmaz - FOTO
29.11.2013 - 10:07
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turu çərçivəsində keçirilən “Konegliano” (İtaliya) – “Azəryol” (Azərbaycan) matçının ən yaxşılarının adları məlum olub. Apasport.az saytının məlumatına görə, ev sahiblərinin 3:2 hesabı ilə qələbə qazandıqları görüşün bombardiri Emiliya Nikolova olub.
“Konegliano”nun hücumçusu Bakı təmsilçisini 26 dəfə cəzalandırıb. “Azəryol”un heyətində isə Marqareta Kozux daha məhsuldar olub. Almaniyalı legionerimizin 23 zərbəsi dəqiq alınıb.
Ancelo Vercesinin digər yetirmələrinə gəlincə, Odina Əliyeva ilə Çyara di Yulio hərəyə 12, Cessika Cons 10, Yuside Sillie 5, Anneris Varqas 4, Polina Rəhimova 3, Kseniya Kovalenko 2 və Yana Ağayeva 1 xal toplayıb.

0
0