Ancelo Vercesi: Bakıda məğlubiyyətin əvəzini çıxacağıq
29.11.2013 - 10:45
Ancelo Vercesi: Bakıda məğlubiyyətin əvəzini çıxacağıq
“Konegliano”nu təbrik edirəm. Gözəl oyun göstərdi. Belə oyunla azarkeşlərinin gözündə də ucaldılar”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Ancelo Vercesi Çempionlar Liqasının III turunda “Konegliano” ilə qarşılaşmadan sonra deyib.

Braziliyalı mütəxəssis İtaliya klubuna 2:3 hesablı məğlubiyyəti şərh edib.

O bildirib ki, bu məğlubiyyətin revanşını Bakıda almağa çalışacaqlar: “İtaliya klubu matça əsas kapitanı Rafaella Kallonisiz çıxsa da, bunu hiss etdirmədi. Onlar əllərindən gələn hər şeyi etdilər. Biz də bu qarşılaşmada yaxşı oynadıq. Lakin bu qələbə qazanmaq üçün kifayət etmədi. Ümid edirəm ki, gələn həftə Bakıda məğlubiyyətin əvəzini çıxa biləcəyik”.

Qeyd edək ki, “Azəryol” – “Konegliano” qarşılaşması dekabrın 3-də olacaq.