Marko Qaspari: İstədiyimiz nəticəni qazana bildik
29.11.2013 - 10:52
Marko Qaspari: İstədiyimiz nəticəni qazana bildik
“Mənim əla komandam var. Voleybolçularımız bir daha öz xarakterini və qürurunu nümayiş etdirdilər”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Konegliano” voleybol klubunun baş məşqçisi Marko Qaspari deyib.

“Bakı”nın sabiq çalışdırıcısı Çempionlar Liqasının III turunda “Azəryol”a oyun barədə fikirlərini açıqlayıb.

2011/2012 mövsümündə Azərbaycan klubunda məhz Ancelo Vercesinin köməkçisi olmuş mütəxəssis Super Liqanın gümüş mükafatçısını 3:2 hesabı ilə məğlub etdikdən sonra qələbənin çətinliyindən danışıb: “Biz gərgin qarşılaşmada çox güclü rəqibə qalib gəldik. Özü də bu görüşdə ötən həftəsonu matçda zədələnən kapitanımız Pafaella Kallonisiz oynamaq məcburiyyətindəydik. Buna baxmayaraq, istədiyimiz nəticəni qazana bildik. Qələbəmizə görə Kallonini layiqincə əvəzləyən Berit Kauffeldtə təşəkkür edirəm”.

Qeyd edək ki, Kalloni də məhz Vercesi və Qasparinin rəhbərliyi altında “Bakıda” oynayıb.