Çempionlar Liqası: “Azərbaycanlı” hamıdan öndə - SİYAHI
03.12.2013 - 00:01
Çempionlar Liqası: “Azərbaycanlı” hamıdan öndə - SİYAHI
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində I dövrənin ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda “Rabitə”, “İqtisadçı” və “Azəryol”lə təmsil olunan Azərbaycan klublarından hələlik ən yüksək göstəriciyə Cessika Cons imza atıb.

“Azəryol”un şərəfini qoruyan legioner ən yaxşı blokçular arasında birincidir. O, rəqiblərin 13 zərbəsinin qarşısını məharətlə alıb.

Azərbaycan çempionu “Rabitə”nin isə ilk “üçlük”də 2 oyunçusu yer alıb. Onlardan Aurea Kruz topu oyuna ən yaxşı daxil edənlər, Nutsara Tomkom isə ən yaxşı toppaylayıcılar arasında ikincidir.


Ən çox xal toplayan
KlubuOyun sayıSet sayıTopladığı xal
1. Natalya Obmaçayeva
Dinamo (Moskva)
3
13
72
2. Olesiya Rıxlyuk
Volero
3
12
70
3. Montano Madelayne
Qalatasaray
3
12
70
...6. Odina Əliyeva
Azəryol
3
14
61


Ən yaxşı blokçular
KlubuOyun sayıSet sayıTopladığı xal
1. Cessika Cons
Azəryol
3
10
13
2. Mariya Borodakova
Dinamo (Kazan)
3
10
11
3. Susana Yefimenko
Atom
3
11
11


Ən yaxşı top qəbul edənlər
KlubuOyun sayıSet sayıDüzgün qəbul (faizlə)
1. Culiya Leonardi
Yamamay
3
12
58,82
2. Mariya Karakaşeva
Dinamo-Romprest
3
10
56,07
3. Françeska Markon
Yamamay
3
12
53,76
...9. Vilavan Apinyaponq
İqtisadçı
3
12
33,72


Topu oyuna ən yaxşı daxil edənlər
KlubuOyun sayıSet sayıTopladığı xal
1. Nansi Karrillo
Omiçka
3
12
58,82
2. Aurea Kruz
Rabitə
3
10
56,07
3. Neslihan Demir
Əczaçıbaşı
3
12
53,76
4. Manon Flier
İqtisadçı
3
12
33,72


Ən yaxşı toppaylayıcılar
KlubuOyun sayıSet sayıƏla ötürmə (faizlə)
1. Vera Vetrova
Dinamo (Moskva)
3
12
58,82
2. Nutsara Tomkom
Rabitə
3
10
56,07
3. Elionora Lo Byanko
Qalatasaray
3
12
53,76