Rəqibimiz xala həsrət qaldı
09.01.2014 - 09:23
Rəqibimiz xala həsrət qaldı
Qadın voleybolçular arasında Polşa çempionatında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində CEV kubokunda “Lokomotiv”in rəqibi “Bank Fakro” “Tauron”u qəbul edib.

Görüş ev sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 1:3 (15:25, 20:25, 25:22, 19:25). Bu qarşılaşmadan sonra Muşinyanka təmsilçisi 17 xalla 6-cı pillədədir.

Qeyd edək ki, yanvarın 14-də “Bank Fakro”nun qonağı olacaq “dəmiryolçular” 8 gün sonra Bakıda polşalıları qəbul edəcək.