Avrokubokda Vüqar Həşimov yad olundu
15.01.2014 - 18:02
Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsində “Azərreyl”in “Uraloçka” (Rusiya) ilə ilk görüşündə Vüqar Həşimovun xatirəsi yad olunub. Apasport.az saytının məlumatına görə, Bakı Voleybol Mərkəzində təşkil olunan oyun 1 dəqiqəlik sükutla başlayıb. Zalda yanvarın 11-də dünyasını dəyişən qrossmeysterimizin fotoları da yer alıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin qərarına əsasən yanvarda Azərbaycanda keçiriləcək bütün yarışlar 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin qərarına əsasən yanvarda Azərbaycanda keçiriləcək bütün yarışlar 1 dəqiqəlik sükutla başlayacaq.
0
0