AMADA qadın voleybolçular üçün seminar təşkil edib
29.08.2024 - 14:53
AMADA qadın voleybolçular üçün seminar təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qadın voleybolçular üçün antidopinq maarifləndirmə seminarı təşkil edib.

AMADA-dan apasport.az-a verilən məlumata görə, iştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və yarışdan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.

Əvvəlcə sorğuda iştirak edən idmançılar maarifləndirmə seminarından sonra öz biliklərini yoxlayıblar.

0