Avropa Kuboku: "Azərreyl" Fransa klubunu məğlub etdi
11.10.2024 - 11:57
Avropa Kuboku: "Azərreyl" Fransa klubunu məğlub etdi

Çimərlik voleybolu üzrə klublararası “Avropa Kuboku”nda (Beach Volley European Cup) çıxış edən “Azərreyl” klubunun kişilərdən ibarət komandası yarışın ilk gününü qələbə ilə başa vurub.

Apasport.az xəbər verir ki, Fransanın Monpelye şəhərində keçirilən yarışda Azərbaycan təmsilçisi Fransanın “Re Biç”, İspaniyanın “Biç La Malva Valensiya”, Sloveniyanın “BVC Kudus” klubları ilə birgə A qrupunda mübarizə aparır.

“Azərreyl” ilk gündə meydan sahibləri “Ri Biç”ə hər iki oyunda qalib gəlib.

“Azərreyl” – “Ri Biç” (Fransa) 2:1 (26:28; 22:20; 15:08)
“Azərreyl” – “Ri Biç” (Fransa) 2:1 (18:21; 21:17; 15:10)

0