Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22.04.2024 - 09:32
Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olacaq.

Apasport.az xəbər verir ki, finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.

0