Azərbaycan Yüksək Liqasında X tura start veriləcək
21.01.2026 - 11:57
Azərbaycan Yüksək Liqasında X tura start veriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Saat 16:00-da "Ordu" "Gənclər"lə, 18:00-da isə "Murov Az Terminal" "Xilasedici" ilə münasibətləri aydınlaşdıracaq.