"Azərreyl" və "Murov Az Terminal"a qarşı
22.04.2025 - 09:16
"Azərreyl" və "Murov Az Terminal"a qarşı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu bu gün keçiriləcək.

Apasport.az xəbər verir ki, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da start götürəcək.

Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.