"DH Volley"dən Yüksək Liqada növbəti qələbə
23.01.2026 - 15:58
"DH Volley"dən Yüksək Liqada növbəti qələbə

Qadınlardan ibarət "DH Volley" komandası Yüksək Liqada növbəti qələbəsini qazanıb. 
 
Apasport.az xəbər verir ki, komanda bu dəfə X turda "Abşeron" ilə üz-üzə gəlib.

AVF-nin idman zalında baş tutan qarşılaşma "DH Volley"in 3:0 (20:25, 21:25, 11:25) hesablı qalibiyyəti ilə başa çatıb. 
 
Qeyd edək ki, "DH Volley"in növbəti matçı 29 yanvar saat 18:00-da "Azerrail"ə qarşı olacaq. Qarşılaşma AVF-nin idman zalında keçiriləcək.