Paris-2024: Türkiyə millisi üçüncülük matçında məğlub olub
                    
                    10.08.2024 - 21:16
                        
                     
                    Paris-2024 Yay Olimpiya Oyunlarında voleybol yarışlarının bürünc medalçısı bəlli olub.
Apasport.az xəbər verir ki, üçüncülük matçında Türkiyə yığması Braziliya ilə qarşılaşıb.
Rəqibinə 1:3 (21:25, 20:27, 25:22, 15:25) hesabı ilə məğlub olan türklər Olimpiadanı dördüncü pillədə başa vurub.
Beləliklə, Braziliya Paris Yay Olimpiadasının bürünc medalını qazanıb.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
                                                                                                 
                                             
                                             
                                            