Polina Rəhimova Vyetnamda ən yaxşı seçildi
20.11.2023 - 15:03
Polina Rəhimova Vyetnamda ən yaxşı seçildi

Azərbaycan millisinin iki voleybolçusu Vyetnam çempionatında medal qazanıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yığmamızın hücumçuları Polina Rəhimova (“Duc Giang VK”) və Odina Əliyeva (“VTV Binh Dien VK”) Asiya ölkəsində fəxri kürsüdə yer alıblar. Rəhimova birinciliyi gümüş, Əliyeva isə bürünc medalla başa vurub. 

Qeyd edək ki, Polina həm də Vyetnam liqasının ən yaxşı hücumçusu seçilib. 

0