Türkiyə Sloveniyaya məğlub oldu
25.06.2025 - 19:09
Türkiyə Sloveniyaya məğlub oldu

Bu gün voleybol üzrə Millətlər Liqasının V turuna start verilib.

Apasport.az xəbər verir ki, turnirdə keçirdiyi 4 oyunda cəmi bir qələbə qazanan Türkiyə millisi evdə Sloveniya ilə qarşılaşıb.

Görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarının sayını 11-ə çatdıran Sloveniya turnir cədvəlində ikinci pilləyə yüksəlib. Türkiyə isə bu məğlubiyyətdən sonra 3 xalla 17-ci yerə geriləyib.