“Azərbaycan indiyə qədər ən çətin rəqiblərimizdən biri idi”
04.10.2014 - 21:05
“Azərbaycan indiyə qədər ən çətin rəqiblərimizdən biri idi”

“Hər gün bir problem həll edirsən və rəqibi tanımaq yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dominikan Respublikasının hücumçusu Bethania De La Crus deyib.

 

İtaliyada keçirilən qadın voleybolçular üzrə dünya çempionatı davam edir. Oktyabrın 2-sində millimizlə qarşılaşan dominikan voleybolçuları komandamızı 3:1 hesabı ilə məğlub edib.

 

Yığmamızla oyunda Prisilla Rivera Brenslə birgə 16 dəfə fərqlənməyi bacaran De La Cruz De Pena bu gün Çin millisi ilə oyunöncəsi bunları deyib: “Bu, mənim ən yaxşı oyunum idi. Azərbaycan indiyə qədər ən çətin rəqiblərimizdən biri idi. Onlar blokda və müdafiədə əla çıxış etdilər. Lakin sonda məğlub oldular”.