“Oyunda böyük xal itirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kuba millisinin baş məqşçisi Xuan Karlos Qala deyib.
O, bu gün İtaliyada qadın voleybolçular arasında keçirilən dünya çempionatının qrup mərhələsinin yekunun oyununda yığmamıza 3:1 hesabı ilə uduzmalarına şərh verib: “Azərbaycanla görüş bizim gözlədiyimiz kimi getmədi. Baxmayaraq ki, biz uduzduq. Yenə də bunu böyük təcrübə hesab edirəm”.
Kuba millisinin kapitanı Sulya Matenso isə bunları dilə gətirib: “Azərbaycanla oyunda nəticəyə baxmayaraq, bu, bizim üçün müsbət təcrübə idi. Biz Çin və Yaponiya kimi çox təcrübəli komandalara qarşı oynadıq”.