“Azərreyl” baş məşqçi problemini həll etdi
02.08.2014 - 16:35
“Azərreyl” baş məşqçi problemini həll etdi

“Azərreyl”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “dəmiryolçular”ı yeni mövsümdə Vüqar Əliyev çalışdıracaq.

 

Gənc mütəxəssis bu postda “Azəryol”un “sükanı” arxasına keçən Aleksandr Çervyakovu əvəzləyib. Komanda rəhbərliyi Əliyevin qarşısına məqsəd kimi gənc voleybolçuların yetişdirilməsi tapşırığını qoyub. Həmçinin, mövsümə cavan oyunçularla start verəcək “Azərreyl” “Çelenc Cup”da maksimum irəliləməli, təcrübə toplamalı, Super Liqada uğurlu çıxış etməlidir.

 

Qeyd edək ki, 40 yaşlı Əliyev son mövsüm “Azəryol”da Ancelo Vercesinin köməkçisi işləyib. O, daha öncə baş məşqçi kimi bu komanda ilə (“Azərreyl” adlanan vaxt) 2011-ci ildə “Çelenc Cup”ı başı üzərinə qaldırıb. Çalışdırıcı 2012/2013 mövsümündə isə "Azərreyl"də Çervyakovun yardımçısı olub.