“Azərreyl”dən ayrılan növbəti voleybolçunun adı bilinib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yığmamızın üzvləri Ayşən Abduləzimova, Oksana Kiselyova və serbiyalı Dusanka Kariçin ardınca amerikalı Qvendolin Rukerlə də yollarını ayırıb.
Komanda rəhbərliyi son 2 mövsümü bu komandada oynamış blokçu ilə müqaviləni yeniləməyə ehtiyac duymayıb. Nəticədə Ruker Rumıniyaya üz tutub. O, az öncə “Lokomotiv”in sabiq liberosu Suzana Sebiçlə güclənən “Tırquvişte” ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, bununla da “Azərreyl”dən ayrılan oyunçuların sayı 6-ya çatıb. Abduləzimova, Kiselyova, Kariç və Rukerdən fərqli, millimizin hücumçusu Anastasiya Qurbanova, həmçinin bolqarıstanlı toppaylayıcı Lora Kitipova “dəmiryolçuları” əsas komandaya – “Azəryol”a dəyişib.